Toy haqqinda bilmədiklərimiz
Göndərən : ibrahimNET

Əksər dünya xalqları üçün ümumi olan toy adətləri:
ÜZÜK TAXILAN BARMAQ
Yunanıstanda nişan üzüyünün taxıldığı barmaq şəhadət barmaq idi. Hindistanda isə bu üzüyü baş barmağa taxırdılar. Bəzi Afrika ölkələrində üzüyü orta barmağa taxırdılar. Sonradan yunanların da təsiri ilə qərbdə üzüyü üçüncü barmağa taxmaq dəb halını aldı- üçüncü barmaq ürəyə daha yaxın hesab edilirmiş…
NƏYƏ GÖRƏ BƏY GƏLİNİN SOL TƏRƏFİNDƏ DAYANIR?
Cəngavərlər dövründən belə düşünürdülər ki, bəy həmişə ona görə gəlinin sol tərəfində dayanır ki, qəfil hücum olarsa bəy dərhal sağ əli ilə və ya qılıncı ilə onu qoruya bilsin
BAL AYI
Gəlini “oğurlayandan” sonra bəy onu özü ilə götürüb başqa – heç kimin tanımadığı yerə “gizlənməyə”- toyun dadını çıxarmağa gedirdi. Bu “bal ayı” adlanırdı – yəni hər şey bal kimi şirin olurmuş. Yəhudi adətlərində isə bal ayı toy qonaqlığından sonra gəlin və bəyin birlikdə keçirdiyi ilk həftə sayılır.
AĞ GƏLİN PALTARI
1499-cu ildə Britaniyalı Anna toya ağ rəngli gəlinlik libası geyməyi dəb saldı. Ondan əvvəl bütün gəlinlər toya yalnız ən gözəl paltarlarını geyirdilər və rəngin heç bir əhəmiiyəti yox idi.
TOY ÖPÜŞÜ
Gəlinlə bəyin toyda bir-birini öpməsi adəti də orta əsrlərdən qalıb. Əvvəllər sazişləri, müqavilələri öpüşlə möhürləyirdilər. Sonradan gəlin və bəyin toy mərasimində içdikləri andı “möhürləmək” üçün bir-birilərini öpmələri adət halını aldı.
Baxış sayı: 348
Açar sözlər: toy
![]()
![]()
![]()








