Reklam verin!
Yuma Ailə Jurnalı
Video clip - click here -

Sən yoxsan

      Sən yoxsan 

Oyaq

yoxluğunda ...

ürəyinə ;

sığındəğım gecələrim ,

şeklindəki baxışında

canlanar kən ,

adın titrir

qanı axan dodağımda .





canıma can calayan ! gecələrimi sızıltılara bələyən sevgilim !!

aylar gəlib keçdi sən yoxsan ! göz yaşlarımla yaılarını yuvarkən sənin üçün yetim qalan günlərimə yazıqlanıram .

sevgi nə idi , səssizcə ürəyimə alovlar dolduran ? gözlərimi üzaqlara tikən ? üşaq ürəyimi səndən ayrılmamağa mənə yalvarçı salan ? gülüşlərimi qaranlıqlarında susdurn ? səndən uzaq olduqda sənə lap yaxın olmaq ? soylə nə idi sevgi ? ...

Sən mənim gecəmidin ... qaranlıq gecələrimə nur çiləyən . sən günümidin , parlayan günümdə tək gülümsəmələrim , sən mənim keçmiş günümidin , sən mənim həyata inancımidin , bütün xatalarımı yadıma salıb özümə qaytaranidin , ürək sözümü sənə söyləməkdən üşünmədiyimidin ; sən mənim hər şeyimidin , sevgi ölçüsüilə qıyas etdiyimidin ...

yoxluğunda dəli kimi qoxduğum , adini hər ağzıma aldığımda tanrıya yaxınlaşdığımı bildiyim , günümü dolduran , dodağıma gülümsəməyi ; ayrılıqdan quzu kimi mələməyi öyrədən , anlamlardan anlam bəyənib hər anımda səsini aradığım sənidin .

ah.... nə deyim!! Sevgimizin şarabın ürək qanımızdan tuta bilsəydik köhnəldikcə dadlanıb tutumlu olardı . hər gecəmizdə ondan bir qədəh içib sərxoş dünyamızda ; mən saçlarının mahnısın oxuyar kən ürəyim ; gözlərində damla – damla əriyərdi . səndə sevib sevilməyə bənd olub beyləcə çəkib getməyib , ürəyimə dəli sevda odu yaxmağından xəbərsiz qalmazdın !!!

səni sevmək acısini dadmaq , yoxluğunda bilə , səni özləyib yaşatmaq mənim ən sadəcə işim olub . neçə zaman mənlə danışıb o ruh sığallayan məhəbbətini canıma calayandan sonra , nələr olduğunu anlamdım , ancaq ayrılmadan öncə danışdığın səzləri xatırlayıram , unudmasan belə söyləyirdin :

“ mənə alişma; yaşayışım özümdən başqasına bəlli olmaz , həyatımda özumə məxsus fikirlərim var . toxunma mənə ... üstü qapalı yaralarla doluyam , məni acıdan bu yaralarla özünü acıtma , sevmə məni ... alışan duğularımdan yanıb kül olarsan . tustum səni boğar ... istəmə məni , anlama məni ..., mən böylə mutluyam ... özünlə yaşatmamı istəmə asla . mən qarşılı aşqa inanıb güvənmirəm ... özünü yorma . ürəyimdə başqa bir eşq yaşadıram . o eaşq qarşılı eşqdən başqadır , məni sevməkdən vaz küçib ürəyinin istəyini ünüdüb getməlisən !!! “

bu ayrılıq havası chalan sözlərinlə içimdəki yetimləşən ürəyimə ağlatdın , üzdün , üşütdün ... bəlkədə sənin üçün yanliş bir yuxuymuşam . bununla belə səndən gileyli deyiləm . hayat məni çoxdan aldatmışdı ; doğru görünən yalanlarıyla , doğal hiss olunan saxta bəhanələrilə , sevgiyə gülünc baxan gözəllərilə ...

özün yaxşı bilirsən ilk günlərdən səni görmək mənə yasaq oldu ; ancaq bir gün səni görmək ömür payıma düşsə üzünə bilə baxa bilməyəcəyəm , baxarsam səni ruhuma dolduracağıma inanıram , əgər səndə ; bir an üzümə baxa bilsən gözlərimdə səni özlədiyimi görə biləcəksən , sevgimin nə qədər dərin oldüğün bildikdə , verdiyin acılardan utanacaqsan . nə bilim bəlkədə aylarca ayrılığın ardından səni nə qədər sevdiyimi xatırladqda arxana baxmadan , məndən yox ; özündən qaçacaqsan .

indi qanımdasan ürəyim səni görür ; ancaq gözüm haçan görəbiləcəyini bilmirəm . gecənin qaranlığı qəlbimin gözünü örtə bilmədiyi üçün uzaqlıqlar səni sevdiyimin qabağın almağa güc gələnmir . həsrətini çarəsizlikdən çələrkən ; içimdə alışan dözüm odunun tüstüsün uzaqlara uçurduram . dönüb sənə yazdıqlarımı bir daha oxuduqda , iç dərdimi sənə çatdəran sözləri nə qədər çıxarsız ; səsli hərfləri dilsiz , səssizləri ağlamalı və öksüz cümlələrimi olduqca yazıq görürəm . sənsizliyimdə bulud dolu gözlərimin yağmuru yağdıqda məndən başqasın islada bilmir . sənində bir gün etdiklərindən için dolub ağlamaq istəsən ; öz əlinlə öldürdüyün yetim bir ütəyin yasında gözlərindən yaş ələ !!!

canımın içi !! bu qədər ayrılıqdan sonra özünə bir döndün ? aramızda keçənləri xatırladın ? içimə yaxdığın sevgi alovunun sönməz odun anladın mı? ürəyimin alışıb səssiz yanmağın hər gecə iliklərimə qədər işləyən sızıltılarımı , ardıca içimə axan gözyaşlarımı düşündün mi ? odu sönməyən , közü kor olmayan içimdə yanan sənsizlik oduna necə dözdüyümü bildin mi ? axı nə deyim yoxluğun nə qədər acıdırsa , səni sevmək mənə baldanda şirindir .


FİKRİNİ PAYLAŞ

MƏNİMLƏ ƏLAQƏ


 

Baxış sayı: 290
Açar sözlər: sən yoxsan 
Bookmark and Share



Düşüncələrinizi bizimlə paylaşin :

Lütfən məlumatinizi təkmil yazasiniz

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha