Səni unutsam...
Göndərən : ibrahimNET

Səni unutsam...
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
gِylərə baxmışıq aylı gecədə
unutsam gِyləri unudam gərək!
Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda kِçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gِzümdən axan
yağışı, selləri unudam gərək!
Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
Nüsrət Kəsəmənli
![]()
![]()
MARAQLİ FİKRİNİ PAYLAŞ
![]()







