Həsrət
Göndərən : ibrahimNET

Həsrət
Səni sevəndən çox dəyişmişəm. İndi dörd divar arasında oturub dərdlərimlə söhbət edirəm. Nə xəyallar qurduğumu yada salıram. Heç o xəyallar belə mənim olmadı. Xəyallara belə həsrət qaldım.
DAVAMİ VAR
Ümidlərimin yarı yolda qaldığını görüb səndən mənə qalan şəklini də cırıb atdım. İndi o şəkilə də həsrət qalmışam. Ana balasız yaşaya bilmədiyi kimi mən də sənsiz yaşaya bilmirəm. Sənlə keçdiyimiz o yollardan keçirəm indi. O yollara da həsrətəm inan o yollar da sənin yolunu gözləyir. Səni hər zamankından daha çox sevirəm . Darıxmaq çox gözəldi amma darıxdığım mənim uçun darıxmır, gözləmək də gözəldi amma gözlədiyim məni gözləmir, sevmək lap çox gözəldi amma sevdiyim məni heç sevmir. Mən həsrət qaldığım qədər sənə yaxın deyiləm kaş sənə yaxın ola biləydim. Yağışı o qədər çox sevirəm ki, çünki yerə düşən sayı-hesabı bilinməyən hər yağış damlası qədər səni çox sevirəm. Sənə olan sözlərimi bu kiçik kağız parçasına yerləşdirmək çox çətindir. İnanırsan həyatda Allahıma o qədər yalvarmışam ki, sənlə nə vaxtsa üz-üzə gəlsək bircə bu sualı mənə verməyəsən (məni unuda bilirsən?) yox əsla... Bax gör nə dəyirəm. Bələ bir söz var. "qəlbimdə 3 çiçək böyütdüm sevmək sevilmək və gözləmək. Sən yalnız onlardan ikisin qopartdın mənə yalnız gözləmək qaldı. Amma mənə isə yalnız HƏSRƏT qaldı. Sənsizliyə necə dözəcəm heç özüm də bilmirəm , amma unutma səni hər zamankından daha çox sevirəm.
Amma bunu da yadından çıxartma ürəyinə de ki, sevgimi sevginə həsrət qoydun. Bu gün yenə yadıma düşdün . Yenə gözlərim doldu. Gözümdən axan yaşların bir damlasını belə yerə düşməyə qoymadım. Çünki o yaşlar da mənə əzizdir. Axı o yaşlar da sənin həsrətindən axır. Axı o yaşlarda sən varsan. Mən səni sevdiyim qədər səndə məni sevsəydin bəlkə də belə olmazdı. Səni heç unuda bilmirəm unutmaq belə istəmirəm. Heç kim səni mənim sevdiyim qədər sevə bilməz, nədə ki, heç kim sənin mənə çəkdirdiyin həsrəti çəkdirə bilməz. Amma nə vaxtsa mənə qarşı sevgin olsa bil ki, artıq ölmüşəm. Sənin həsrətindənmi deyim, yoxluğundanmı deyim, çəkdirdiyin kədərdənmi deyim, sevindiyimdənmi deyim, necə yaşayacam bilmirəm. Səni həyatda gördüm həyata həsrət qoydun, səni yuxularımda da gördüm yuxularıma da həsrət qoydun, məni o sevginə də həsrət qoydun. Sadəcə səndən azacıq sevgi istəmişdim sən isə mənə yalnız kədərdən başqa heçnə vermədin.
• ibrahim
Baxış sayı: 163
Açar sözlər: həsrət
![]()
![]()
![]()






